Əməkdar artistin vəziyyəti ağırlaşdı » AzNews.info -Xəbər portalı

Əməkdar artistin vəziyyəti ağırlaşdı

Əməkdar artistin vəziyyəti ağırlaşdı


Akademik Milli Dram Teatrının aktyoru, Əməkdar artist Ələsgər Məmmədoğlunun vəziyyəti ağırlaşıb və reanimasiya şöbəsinə yerləşdirilib.

AzNews.info-nun məlumatına görə, bu barədə aznews.az-a Binəqədi rayon xəstəxanasının həkimi Rəna Mirzəyeva məlumat verib. Onun sözlərinə görə, Ə.Məmmədoğlu xəstəxanaya kəskin beyin qan dövranı diaqnozu ilə daxil olub:

“Aktyor insult keçirib. Vəziyyəti orta-ağır qiymətləndirilir. Huşu aydındır, amma insult keçirdiyindən müalicəyə ehtiyac var”.

R.Mirzəyeva qeyd edib ki, aktyorda sarılıq xəstəliyi də müşahidə olunub:

“Reanimasiyadan sonra o, nevroloji müalicə almalıdır. Sarılıq xəstəliyi ilə əlaqədar qarşılıqlı razılaşma əsasında aktyoru başqa xəstəxanaya köçürmək lazımdır”.

Qeyd edək ki, noyabrın 12-də Ə.Məmmədoğlunun səhhətində problem yaranıb və o, Binəqədi rayon Xəstəxanasına yerləşdirilib.

Mənbə: AzNews.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *