Notariuslar “JEK”lərdən arayış istəməyəcək » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Notariuslar “JEK”lərdən arayış istəməyəcək

Notariuslar “JEK”lərdən arayış istəməyəcək


Daşınmaz əmlak alqı-satqısı və onun girov qoyulması zamanı, həmçinin mənzilin vəsiyyət edilməsi zamanı notarius kimlərin yaşayış yeri üzrə qeydiyyatda olması barədə kağız daşıyıcıda arayış tələb etməyəcək.

Oxu.Az xəbər verir ki bu barədə Nazirlər Kabineti “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da etdiyi dəyişikliklərdə əksini tapıb.

Belə ki, əvvəlki təcrübəyə uyğun olaraq 2 №-li forma adlandırılan mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayışın əvəzinə notarius gərəkli olan məlumatı müvafiq informasiya sistemləri ilə qarşılıqlı inteqrasiya vasitəsilə avtomatlaşdırılmış rejimdə əldə etmək imkanına malik olacaqdır.

Xatırladaq ki, dəyişikliklər ölkə başçısının “Dövlət xidmətlərinin göstərilməsində şəffaflığın artırılması, yaşayış yeri üzrə qeydiyyat və lisenziyalaşdırma prosedurlarının elektronlaşdırılması sahəsində bəzi tədbirlər haqqında” 2015-ci il 31 avqust tarixli 588 nömrəli Fərmanının icrası qaydasında qəbul edilib.

Fərmanda qeyd edilirdi ki, “mənzillərdə, fərdi yaşayış evlərində və digər yaşayış sahələrində qeydiyyatda olan şəxslərin uçotunu həyata keçirən mənzil-kommunal istismar sahələrində informasiyanın toplanması, sistemləşdirilməsi, saxlanması və arxivləşdirilməsi kağız daşıyıcılar üzərində aparılır, məlumatların yenilənməsi qeyri-mütəmadi və sistemsiz şəkildə həyata keçirilir, elektron vasitələrdən istifadə edilmir”.

Beləliklə dəyişikliklərdən sonra vətəndaşlar müvafiq əməliyyatları daha səmərəli və vaxtlarına qənaət etmiş şəkildə icra etmək imkanına malik olacaqlar.

Mənbə: Oxu.Az - Ülviyyə R. Əli
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *