Azərbaycan alimləri ilkə imza atdılar – VİDEO
Azərbaycan alimləri dünyada ilk dəfə olaraq, lüminessent lampalarının hazırlanması üçün olduqca əhəmiyyətli olan, geniş temperatur intervalında intensivliyini, yəni işiğını sabit saxlayan lüminofor materialları əldə ediblər.
Elmlər Akademiyasının Fizika İnstitutu ilə Milli Aviasiya Akademiyasının əməkdaşlığı nəticəsində əldə edilən bu maddə lampaların daha az elektrik enerjisi sərfiyatı üçündür. Dünyada olmayan bu lüminofor materiallar akademik Bahadur Tağıyev və professor Oqtay Tağıyev tərəfindən əldə edilib.
Bu üsul məxtəlif formalı lampalarda istifadə edilə bilər. Hətta monitor kimi qurğularda belə tədbiqi mümkündir. Həmin maddələr vasitəsi ilə ağla yanaşı müxtəlif rəndlərdə işıq ələdə etmək mümkündür.
Akademik deyir ki, yeni lampaların istifadəsinə də başlanılıb. Onlar klassik lampalardan fərqli olaraq, rütubətə davamlıdır və uzunömürlüdür.
Mənbə:> Oxu.Az