"Yeni şəhər" sakinləri SOCAR-dan şikayətçidir » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Foto

"Yeni şəhər" sakinləri SOCAR-dan şikayətçidir – FOTO

"Yeni şəhər" sakinləri SOCAR-dan şikayətçidir

Səbail rayonunun əhalisi saytımıza şikayət məktubu yollayıb.

2015-ci ilin iyun ayında 1-ci Avropa oyunlarının keçirilməsi ilə əlaqədar 2013-cü ildə Cənab Prezident İlham Əliyevin göstərişi ilə Səbail rayonu, Səlyan şossesi 2 ünvanında yerləşən "Ulubəy"MMC şirkətinə məxsus olan "Yeni Şəhər"adlı yaşayış kompleksindəki sakinlərin məskunlaşdığı 5 mərtəbəli binaların damlarının dəyişdirilməsinə və üzlük daşların vurulması işlərinə başlanmışdır. Bu tikinti işlərini isə, "SOCAR"ın sifarişi ilə Azimport MMC şirkəti yerinə yetirirdi. Lakin Avropa Oyunlarının başlanmasına bir-neçə gün qalmış təmir işləri yarımçıq dayandırılıb. Aparılan təmir işləri zamanı sakinlərin evləri ciddi zərər görmüş, işlərin yarımçıq dayandırılması ilə əlaqədar bu zərərin yaratdığı fəsadlar günü-gündən çoxalmaqdadır.

AzNews.info-ya bununla bağlı şikayət məktubu ünvanlayan Səbail rayonu sakinləri bildirirlər ki, sadəcə yol boyu yerləşən bir neçə binaların üzlük işləri tamamlanmış, digər binaların təmiri isə yarımçıq dayandırılıb. Aparılan təmir işləri zamanı sakinlərin yaşadığı mənzillərə ciddi ziyan dəyib. Hətta təmir zamanı istifadə olunan taxta ayaqlıqlar sökülməmiş, metal konstruksiyalar yararsız halda blokların qarşısına atılmışdır. Bu isə öz növbəsində binada yaşayan sakinlərin gediş-gəlişinə maneə yaradır. Binaların dam örtüklərinin dəyişdirilməsi zamanı bir çox mənzillərin dam örtükləri çıxardılmış və yenisiylə əvəz olunmamışdır. Soyuq fəsillərin gəlməsi ilə, yağan yağıntı yaşayış olan təmirli mənzillərin içərisinə axır. Bunun nəticəsi olaraq mənzillərdə yaşayan azyaşlı körpələr nəmin təsirindən bir sıra xəstəliklərdən əziyyət çəkirlər. Nəzərinizə onuda çatdırmaq istərdik ki, bu binalar mavi yanacaqla da təmin olunmamışdır. Binaların tikinti işləri başa çatdırılmadığından qazla təmin olunması prosesi gecikdirilir. Açıq qalmış elektrik naqilləri, damlarda unudulmuş ağır taxta lövhələr, qazılmış və ağzı açıq qoyulmuş quyular hər gün sakinlərin həyatını risk altına alır.

Bütün bu problemlərlə bağlı dəfələrlə aidiyyatı qurumlara: Bakı Şəhər İcra Hakimiyyətinə, Səbail Rayon İcra Hakimiyyətinə, Azərbaycan Dövlət Neft Şirkətinə, Azİmport MMC və Ulubəy MMC-yə müraciət edilməsinə baxmayaraq bu zamana kimi heç bir tədbir görülməmişdir.

Ümid edirik, problem tez bir zamanda həllini tapar. Qarşı tərəflərin də, fikirlərini yayımlamağa hazırıq.

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər

  • #1
  • 9 dekabr 2015 21:09
  • Yazan: Nara
Dehşet! Bu qeder mesuliyyetsizlik olar?!!! Orda insanlar yaşayır.

Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *