“Sevimli dad”da dəhşətli biabırçılıq – FOTO » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə, Maraqlı, Foto

“Sevimli dad”da dəhşətli biabırçılıq – FOTO – FOTO

“Sevimli dad”da dəhşətli biabırçılıq – FOTO


“Sevimli dad” şirkəti uşaq sosiskalarının üzərinə rüsvayçı loqo yerləşdirib. Vizual.az xəbər verir ki, Turan Hüseynov adlı “Facebook” istifadəçisi şirkətin biabırçı əməlini sübut edən foto paylaşıb.

Şəkildən görünür ki, sosiska məhsullarının üz qabığında iki ağzıaçıq qız uşağı balaca oğlanın cinsi orqanı yerinə qoyulmuş sosiskaya heyranlıqla baxır. Heç bir etik çərçivəyə sığmayan bu reklam “üslubu” etirazla qarşılanıb. Şirkətin bu addımı pislənib. Biabırçı reklamlar vasitəsi ilə müştəri toplamağa çalışan şirkət qalmaqalla gündəmə gəlib. Uşaqların tərbiyəsinə ciddi təsir edən belə faktlar şirkətin PR siyasətinin əsasını təşkil edir. T.Hüseynov qeyd edib ki, insanların alt şüuruna müxtəlif yollarla təsir edilir: “Belə bir çirkin və əxlaqsız şəkili “Sevimli dad” şirkəti uşaqlar üçün hazırlanan sosiskalarin qabığında dərc edir. Təsvirdə iki ağzıaçıq qız oğlanın “sosiska”sına heyranlıqla baxır. Bu təsviri görən uşaqlar bir neçə dəqiqə sonra bu sosiskaları yeyəcəklər. Yazını utanaraq yazdım və hamıdan üzr istəyirəm. Amma bu acı reallığa çox ciddi reaksiya verilməlidir”.

Qafqaz Müsəlmanları İdarəsindəki komissiya bu məsələni araşdıracaq. Bunu Axar.az-a Məşədi Dadaş məscidinin imamı, QMİ-nin nümayəndəsi Hacı Şahin Həsənli “Sevimli dad” şirkətinin sosiskalarının üzünə vurulmuş rüsvayçı reklam fotosu ilə bağlı deyib.

Hacı Şahin qeyd edib ki, bu hal yolverilməzdir və şirkətin sosiskaların üzərinə niyə belə şəkil yerləşdirməsinin səbəbi ona aydın deyil:

“Mən bu məsələni komissiya ilə razılaşdıracam, məsələ yəqin ki, araşdırılacaq. Ümumiyyətlə, bu cür hallar uşaq tərbiyəsinə, psixologiyasına mənfi təsir edir və yolverilməzdir”.

QMİ rəsmisi həmçinin Qafqaz müsəlmanları İdarəsinin “Sevimli dad” şirkətinə halallıq sertifikatı verməsi məsələsinə də toxunub: “Qafqaz Müsəlmanları İdarəsi ət məhsullarının şəriət qaydalarına uyğun kəsilməsi və şirkətlərə halallıq rəyi verilməsi məsələlərinə baxır. Amma “Sevimli dad” firmasına halal sertifikatı verilib-verilmədiyini dəqiq bilmirəm”.

Xatırladaq ki, “Sevimli dad” şirkətinə məxsus uşaq sosiskalarının üzərində biabırçı reklam şəkli yerləşdirilib. Həmin şəkildən belə görünür ki, sosiska məhsullarının üzqabığında oğlan uşağının penisi yerinə sosiska qoyulub. Onun yanındakı iki körpə isə sosiskaya heyranlıqla baxır.


“Sevimli dad”da dəhşətli biabırçılıq – FOTO
“Sevimli dad”da dəhşətli biabırçılıq – FOTO

Mənbə: Yenilik.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *