Mark Sukerberqin nəcib hərəkəti
Facebookun yaradıcısı Mark Sukerberq həyat yoldaşı Priskilla Çanla xeyriyyə məqsədilə şirkət üzrə səhmlərinin 99 faizini ianə edəcək. Bu barədə Sukerberq özü Facebookdakı hesabında məlumat paylaşıb. Məlumata görə, Sukerberq Maks adlı qızının dünyaya gəlməsi münasibətilə, mülkiyyətinin böyük hissəsini “dünyanı daha yaxşı” etmək üçün Çan-Sukerberq Təşəbbüsü adlı xeyriyyə fonduna hədiyyə edib. Facebook təsisçisinin dediyinə görə aktivlərin ümumi məbləği nə az, nə çox düz 45 milyard dollara yaxındır.
O bildirib ki, Çan Sukerberq Təşəbbüsünün əsas hədəfi, insan potensialının tərəqqisi və bütün uşaqlar üçün bərabərliyin bərqərar olmasıdır. Əsas maliyyə vəsaiti, təlim-tədris, müalicə, insanlar arasında əlaqələrin inkişafı və daha güclü icmaların qurulmasına yönələcək. Sukerberq övladının doğulması ilə bağlı 2 aylıq məzuniyyətə çıxdığını bildirib.
Mənbə:> ANSPRESS