Eldar Ryazanov dünyasını dəyişdi » AzNews.info -Xəbər portalı

Eldar Ryazanov dünyasını dəyişdi

Eldar Ryazanov dünyasını dəyişdi


Məşhur rejissor Eldar Ryazanov bu gecə 88 yaşında dünyasını dəyişib, Oxu.Az TASS-a istinadən xəbər verir.

Həkimlər noyabrın 21-dən Moskva klinikalarından birinə yerləşdirilmiş rejissorun vəziyyətini son dərəcə ağır qiymətləndirirdilər. Onda ağ ciyər və ürək çatışmazlığı aşkarlanmışdı.

Məşhur kinorejissor, ssenarist, SSRİ xalq artisti Eldar Ryazanov 18 noyabr 1927-ci ildə Samarada dünyaya göz açmışdı.

O, 20-yə yaxın filmin müəllifidir. Onlardan ən məşhurları "Karnaval gecəsi", "Qusar balladası", "Avtomobildən qorun", "İşdə məhəbbət macərası", "Qaraj", "Qəribə təsadüf və ya həmişə təmizlikdə", "İki nəfərlik vağzal" filmləridir.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *