Nardaran işıqsız qaldı
“Azərişıq” ASC Bakının Nardaran qəsəbəsində abunəçilərin elektrik enerjisi ilə təchizatında yaranmış problemlə bağlı məsələyə aydınlıq gətirib.
Oxu.Az xəbər verir ki, ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Tanrıverdi Mustafayev “APA-Economics”ə bildirib ki, qəsəbədə elektrik enerjisinin təchizatında yaranan problemlərin səbəbi abunəçilərin borcunun olmasıdır.
O, dəfələrlə xəbərdaqlıq edilməsinə baxmayaraq, əhalinin borcunu ödəmədiyini, bu səbəbdən də qəsəbəyə verilən elektrik enerjisinin kəsildiyini deyib.
Mənbə:> Oxu.Az