Nardaranda atışma: ölən və yaralananlar var » AzNews.info -Xəbər portalı

Nardaranda atışma: ölən və yaralananlar var – VİDEO (YENİLƏNİB)

Nardaranda atışma: ölən və yaralananlar var


Sabunçuda yerləşən 3 saylı xəstəxana polis əməkdaşları tərəfindən mühasirəyə alınıb.

Hadisə yerində olan əməkdaşlarımız xəbər verirlər ki, xəstəxanaya heç kəs buraxılmır:

“Burda xəstə yaxınları var, dərman alıb xəstəsinə vermək istəyənə də polislər içəri girməyə icazə vermirlər. Yalnız xəstəxanadan kimsə çölə çıxa bilər, ancaq içəri buraxmırlar. Polislər xəstəxananın qarşısında da maşın saxlamağa qoymurlar”.



***

3 saylı Klinik Xəstəxanın qəbul şöbəsindən AzadlıqRadiosuna Nardarandan yaralıların gətirilməsini təsdiqləyiblər.

Amma xəstəxanaya neçə nəfərin gətirilməsi barədə məlumat verməyiblər.

Hələlik Daxili İşlər Nazirliyindən hadisə ilə bağlı rəsmi məlumat verilməyib. Nazirliyin mətbuat xidmətindən AzadlıqRadiosuna deyiblər ki, məsələ araşdırılacaq.

--

Noyabrın 26-da Nardaranda atışma olub. İki nəfərin həlak olduğu haqda məlumat var. Tanınmış dindarlardan Hacı Taleh Bağırzadənin saxlandığı deyilir.

Nardaran ağasaqqalı Hacı Natiq Kərimov AzadlıqRadiosuna hadisənin baş verməsini təsdiqləyib. Amma dəqiq məlumatı olmadığını bildirib:

"İndi mən özüm Bakıdayam. Elə xəbəri telefonla mənə bildirdirlər. Dəqiq bilmirəm nə və nə üçün baş verib."



Virtualaz.org-un məlumatına görə, yaralılar Bakıdakı 3 saylı Klinik Xəstəxanaya aparılıb. Xəstəxananın qəbul şöbəsindən məlumatı təsdiqləyiblər.Xəstəxananın reanimasiya şöbəsindən isə 2 nəfərin öldüyü bildirilir.

Hadisənin motivləri barədə hələlik məlumat yoxdur.

İslamezeri.az saytının məlumatına görə isə atışmaya səbəb dindarların həbsi ilə bağlı qəsəbədə keçirilən əməliyyat olub.

İlahiyyatçı Taleh Bağırzadə və bir neçə dindar saxlanılaraq naməlum istiqamətə aparılıb. Hazırda Sabunçu Rayon Polis İdarəsinin qarşısında xeyli sayda polis qüvvəsi, suvuran maşın və bir neçə hərbi maşın var.

İnsidentin Nardarandakı "Rəhimə xanım" ziyarətgahının yaxınlığında namaz vaxtı baş verdiyi bildirlir.

Mənbə: Azadlıq Radiosu
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *