Britaniyalı müsəlman qadınlar hücumlardan şikayət etdilər
Böyük Britaniyanın müsəlman icması qadın müsəlmanlara hücumların sayının Parisdəki terror aktlarından sonra artdığını bildirib, The Independent məlumat yayıb.
Oxu.Az Lenta-ya istinadən xəbər verir ki, şahidlərin sözlərinə görə, Parisdə baş verən terror aktlarından bir həftə sonra hökumətin islamafobiya məsələləri üzrə işçi qrupu tərəfindən dini və irqi nifrət zəminində 115 hücum qeydə alınıb.
Daha çox hicab taxan 14-45 yaş arası qızlar və qadınlar hücuma məruz qalır. Hücum edən kişilərin əksəriyyətinin yaşı 15-35 yaş arası olur, hadisələrin çoxu ictimai yerlərdə baş verir.
Hücumlar altında həm sözlə edilən (əsasən “terrorçu”, “bombardmançı”, “alçaq”, “əskibaş”) təhqirlər, eləcə də fiziki hərəkətlər nəzərdə tutulur.
Bununla yanaşı, hücuma məruz qalanların sayının daha çox olduğu ehtimal edilir, sadəcə onlar qorxduqları üçün polisə və ya müsəlman icmasının fəallarına müraciət etməyə çəkinirlər.
Mənbə:> Oxu.Az