Britaniyalı hicablı qadını metro qatarının altına itələyib » AzNews.info -Xəbər portalı

Britaniyalı hicablı qadını metro qatarının altına itələyib – VİDEO

Britaniyalı hicablı qadını metro qatarının altına itələyib


Britaniyada kişi müsəlman qadını öldürməyə cəhddə ittiham edilir.

O, müsəlman qadını dəmiryoluna, metro qatarının altına atmaq istəyib.

Müşahidə kamerasının qeydə aldığı videoda Londonda kişinin hicablı müsəlman qadının arxasında platformada dayandığı görünür.

Qatar tuneldən çıxdıqdan sonra o, qadını itələyir.

Oxu.Az dayonline.ru-ya istinadən xəbər verir ki, qadın qatarın vaqonuna çırpılıb, daha sonra platformaya yıxılıb.

Platformada olan sərnişinlər ona ayağa qalxmağa yardım ediblər. Hadisənin Londonun “Pikadili meydanı” stansiyasında baş verdiyi məlumdur. Qadın yüngül xəsarətlər alıb.

Təqsirkar 81 yaşlı yapon Yoşiyuki Şinoxara olub, Daily Mail yazır. Təqaüdçü həbs edilib və məhkəməyə qədər göz altında saxlanılacaq, KİV-in yaydığı məlumata görə, məhkəmə noyabrın 25-də baş tutacaq.

KİV qeyd edir ki, polis kişinin hücum motivlərini aydınlaşdırır. Onu bu hərəkətə Parisdə baş verən hadisələrin sövq etməsi də istisna edilmir, hadisə noyabrın 13-də məhz terror aktları baş verən gün olub.

Videonun tarixi qeyd edilən orijinalı Independent-də yerləşdirilib.


Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *