İntihar edən qadının əri: “Bağışlayıram səni, düş aşağı” – VİDEO+FOTO
Bakıda 25 yaşlı ana intihar edib. 1990-cı il təvəllüdlü Ayşən Dadaşova bu gün saat 14:45 radələrində özünü Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, “Uğur-2” yaşayış kompleksindəki 19-cu mərtəbədən atıb. O, hadisə yerindəcə keçinib.
İntihar edən qadının ailəsi ilə birlikdə orada kirayədə yaşadığı bildirilir.
Sabunçu Rayon Polis İdarəsindən deyiblər ki, həkim briqadası hadisə yerinə gələnədək həmin qadın dünyasını dəyişib.
Sakinlərin verdikləri məlumata görə intihar edən xanımın 3 yaşlı bir övladı qalıb.
AzNews.info hafta.az-a istinadən xəbər verir ki, adının Hüseyn olduğunu deyən bina sakininin sözlərinə görə, qadın özünü atmazdan öncə əri onun yanında olub. O, həyat yoldaşına “Səni bağışlayıram, düş aşağı” desə də, xanım özünü binadan aşağı atıb. Binada yaşayan başqa bir sakinin bildirdiyinə görə isə qadın və əri yaxınlıqda yerləşən "Komsomolski" deyilən ərazidə yaşayırlar. Onlar mübahisə etdikdən sonra qadın bu binaya özünü atmağa gəlib.
Mənbə:> AzNews.info / Milli.az / Hafta.az