Bakıda sürət saatda 340 kilometrə çatacaq » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Maraqlı, Avto, Video

Bakıda sürət saatda 340 kilometrə çatacaq – VİDEO

Bakıda sürət saatda 340 kilometrə çatacaq


Azərbaycan son illərdə böyük miqyaslı tədbirlərə ev sahibliyi edib. Avropa Oyunlarını çox uğurlu keçirib, öz imzamızı atdıq. Ondan sonra yeni bir mərhələyə qədəm qoyduq. Bu da “Formula-1” yarışını keçirməkdir.

AzNews.info xəbər verir ki, bu fikirləri APA TV-nin “APAsport” layihəsinin qonağı, Bakı Şəhər Həlqəsi Əməliyyat Komitəsinin (BŞHƏK) Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai deyib.

Şöbə rəhbəri Bakı trasının əlavə üstünlüklərindən də danışıb.

Belə ki, bolidlər Hökumət evinin qarşısından start götürərək saat əqrəbinin əksi istiqamətində irəliləyəcək və İçərişəhərin ətrafı boyunca dövr edəcəklər.

N. Arpadarai Rusiyadan sonra postsovet ölkələri arasında ikinci olaraq Azərbaycanın ev sahibliyi edəcəyi mərhələnin özəlliyinə görə digərlərindən fərqlənəcəyinə inam ifadə edib:

“Sürətinə görə şəhər trasları arasında birinci, ümumi traslar arasında isə İtaliyanın Monsa trasından sonra ikinci olacağıq. Biz bolidlərin Bakıda saatda 340 km-ə qədər sürət artıra biləcəyini gözləyirik. İçərişəhər ətrafında olan hissə hərəkət üçün kifayət qədər çətindir. Enişlər və yoxuşlar var. Fikrimcə, bu konfiqurasiya çox gözəl qurulub”.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *