ABŞ-da yeddi yaşlı oğlan topladığı pulları məscidə verdi » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Maraqlı, Dünya

ABŞ-da yeddi yaşlı oğlan topladığı pulları məscidə verdi

ABŞ-da yeddi yaşlı oğlan topladığı pulları məscidə verdi


ABŞ-ın Texas ştatından olan yeddi yaşlı Cek Svonson topladığı 20 dolları Parisdə baş verən terror aktlarından sonra vandalizm aktına məruz qalan yerli məscidə verib, “The Metro” məlumat yayıb.

Oxu.Az Lenta-ya istinadən xəbər verir ki, Fluqervil şəhərinin İslam Mərkəzinin nümayəndələri noyabrın 16-da bazar ertəsi məbədin fasadının zədələndiyini, ətrafa isə Quranın cırılmış səhifələrinin səpələndiyini aşkar ediblər.

Oğlan anası ilə birlikdə məscidin nümayəndəsi Faysal Naimin baş verənlərdən sonra verdiyi müsahibənin şahidi olublar.

Naim jurnalistlərlə söhbəti bitirdikdən sonra Cek ona yaxınlaşıb və “hər şeyi yığışdırmaq üçün” pul verib.

Balaca oğlanın anası Laura qeyd edib ki, vandalların törətdikləri bu əməl ikrah hissi doğurur və istənilən insan dini etiqadını seçməkdə azaddır.

Qadının sözlərinə görə, oğlu pulları məsciddə nə baş verdiyini anası ona izah etdikdən sonra vermək qərarına gəlib.

Naim hesab edir ki, vandalizm aktına Parisdə baş verən silsilə terror aktları səbəb ola bilər.

Onun sözlərinə görə, nə bu terroru törədən bir neçə nəfər 1,6 milyard digər müsəlmanları, nə də bu vandalizm aktını törədənlər Amerikanın bütün sakinlərini təmsil edə bilər.

“Bu 20 dolların mənim və Mərkəz üçün mahiyyəti çox böyükdür”, - Naim əlavə edib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *