Azərbaycanlı rəssam rusiyalı diceyə “ərə” getdi – VİDEO+FOTO
Rusiya şoubiznesində daha bir eynicinsli nikah bağlanıb.
Oxu.Az Super.ru-ya istinadən xəbər verir ki, məşhur dicey və “Yevropa Plyus” radiosunun əməkdaşı Maksim Koçerqin Danimarkada azərbaycanlı rəssam Camal Əhmədovla “evlənib”.
Cütlük toy fotolarını sosial şəbəkələrdə paylaşıblar.
Koçerqinin dostlarının sözlərinə görə, o, heç zaman öz seksual oriyentasiyasını açıqlamasa da, yaxınları Maksın kişilərlə yaxın münasibətlərindən xəbərdar olublar. Koçerqinin “evləndiyi” Camal Əhmədov barədə isə məlumdur ki, o, akvarel janrında işləyən rəssamdır. Əhmədov çoxsaylı sərgilərin iştirakçısıdır.
O da məlumdur ki, nikahın qeydiyyatından sonra kişilər 2012-ci ildən homoseksual nikahlara icazə verilmiş Danimarkada qalmayıblar və Rusiyaya qayıdıblar. Qeyd edək ki, Rusiyada eynicinsli nikahlar qanun tərəfindən tanınmır və hüquqi qüvvəsi yoxdur.
Mənbə:> Oxu.Az