Bakı polisi dələduz “general”ı axtarır – FOTO
Bakıda “general” ləqəbli dələduz axtarışa verilib.
AzNews.info xəbər verir ki, Suraxanı rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, 1954-cü il təvəllüdlü Manaf Bala oğlu Nadirov Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq – xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilir.
O xeyli sayda vətəndaşın etimadını qazanaraq 100 min manatdan artıq mənimsəməyə yol verib.
Polisdən həmçinin bildirilib ki, M. Nadirov Bakıda “general” ləqəbi ilə tanınır.
Hazırda onn tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Mənbə:> APA