İnterpol iş adamı Nəsib Piriyevin axtarış dosyesini açıqladı
Azərbaycan iş adamı Nəsib Piriyevi beynəlxalq axtarışa verib.
Oxu.Az-ın İnterpolun saytına istinadən verdiyi məlumata görə, 34 yaşlı Piriyev Nəsib Nizami oğlu Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq – külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilir.
Hazırda onun tutulması istiqamətində axtarışlar davam etdirilir.
Qeyd edək ki, daha dörd iş adamı hazırda həbsdədir.
İş adamı Nizami Piriyevin oğlu Nəsib Piriyev “Metanol” zavodunun inşaatı üçün götürdüyü kreditə görə beynəlxalq axtarışa verilməyib.
Bu barədə haqqin.az-a vəkil Kamandar Nəsibov bildirib.
Vəkilin sözlərinə görə, Nəsib Piriyev Beynəlxalq bankdan rəhbərlik etdiyi “Azərbaycan Consaltinq Qrup”un adına 170 milyon kredit götürüb.
Şirkətin icraçı direktoru Elxan Yavuz artıq üç aydan çoxdur ki, həbsdədir və “Bandotdel”də saxlanılır. Nəsib Piriyevin özü isə hal-hazırda Londondadır.
Mənbə:> Oxu.Az