İnternetsiz Azərbaycan: Nə baş verdi? » AzNews.info -Xəbər portalı

İnternetsiz Azərbaycan: Nə baş verdi?

İnternetsiz Azərbaycan: Nə baş verdi?


Ölkədə internetin bu qədər geniş yayıldığı bir vaxtda birdən birə şəbəkəyə çıxışın dayanması partlayan bomba effekti yaratdı.

Bu gün saat 16:10 radələrində Azərbaycanda virtual həyat tamamilə dayandı, dondu.

İnternet şəbəkəsinə çıxış isə altı saat davam edən təmir işlərindən sonra, saat 22:30 radələrində bərpa olundu.

Nəzərə alsaq ki, bu gün Azərbaycanın maliyyə, bank sistemi, əsas KİV və bir sıra digər sahələrin fəaliyyəti üçün internetin olması əsasdır, bu sahədə yaranmış 6 saatlıq fasilənin insanlarda hansı hisslər oyatdığını başa düşmək o qədər də çətin olmaz.

İlk vaxtlarda əhali ölkədə fövqəladə hadisənin baş verdiyini güman edir, hətta müharibə başladığını da iddia edənlər tapılırdı.

Müəyyən istisnalar olmaqla, 9 milyon əhalinin yaşadığı bir ölkə dünya ilə bağlantısını belə bir şəkildə itirmişdi. Yalnız Nar kimi mobil operator, yaxud Bakinternet kimi provayderlərin abonentləri dünya ilə əlaqəni kəsməmişdilər, digər ölkə üçün qəflətən dibi görünməyən informasiya vaakumu yarandı.

Əslində ölkə miqyasında baş verən bu fəlakətin nəticəsini göstərən amil də elə budur - nə bank, nə onlayn ödəniş, nə də pos-terminallar sistemi işləmədi, Nar abonentləri yaxud Bakinternet istifadəçilərini çıxmaqla, yerdə qalan əhali bir növ "kor" oldu.

Əlbəttə, baş verən bu hadisə ölkədə mütləq şəkildə əlavə, ehtiyat server şəbəkələrinin qurulmasını zəruri edir.

Azərbaycanın müharibə şəraitində yaşadığını nəzərə alaraq, informasiya təhlükəsizliyinin təmin edilməsi birinci dərəcəli məsələlərdəndir və ümid edirik ki, baş vermiş hadisədən sonra, gec də olsa, bu istiqamətdə vacib tədbirlər görüləcək.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *