Zığ şossesində ölüm dayanacağı – VİDEO
“Avtostop” layihəsinin müəllifi Tural Yusifov Xətai rayonunda piyadalar üçün hazırlayan təhlükəli keçid barədə video paylaşıb.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, radio-aparıcı T.Yusifov Zığ yolunun Xətai rayonunda yerləşən hissəsində marşrut avtobusları üçün qoyulan dayanacaqları kameraya çəkib. Videodan görünür ki, həmin ərazidə dayanacaqlar quraşdırılsa da, qarşı tərəfə keçmək üçün nə “zebra”, nə də piyada keçidi var. Amma hərəkət istiqamətini ayıran dəmir arakəsmələrin bir hissəsi piyadaların qarşı tərəfə keçməsi üçün doğranıb. Həmin hissədən məcbur olub qaçaraq yolu keçən piyada ölümlə təhlükəsi ilə üz-üzə qalır.
T.Yusifov bildirib ki, Xətai DYP-nin, Nəqliyyat nazirliyinin əməkdaşlarının hər gün keçdiyi yolda heç kim buradan piyada keçidinin olması ilə bağlı düşünmür.
Mənbə:> Qafqazinfo.az