Azərbaycanlı həkimlər Toni Adamsın həyatını xilas etdilər
“Qəbələ” futbol klubunun direktoru Toni Adams Azərbaycanda ürəyindən əməliyyat keçirib.
Oxu.Az The Guardian-a istinadən xəbər verir ki, “Arsenal” və İngiltərə yığmasının sabiq müdafiəçisi sinəsində ağrılar hiss edib və vaxtında həkimlərə müraciət edib.
“Mən məşqlər zamanı sinəmdə ağrılar hiss etdim, və klubun həkimlərinin müayinəsindən sonra Bakıda xəstəxanaya müraciət etdim, - Adams qeyd edib. Həkimlər mənə anqioqrafiya etdilər və damarın tıxacı aşkarlandı. Əminəm ki, həkim Üzeyir Rəhimovun peşəkarlığı olmasaydı mən indi sağ olmazdım. Kiçik bir əməliyyat həyatımı xilas etdi”.
Mənbə:> Oxu.Az