İlhamə Quliyevanın vəziyyəti ağırlaşdı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Maqazin, Video

İlhamə Quliyevanın vəziyyəti ağırlaşdı – VİDEO

İlhamə Quliyevanın vəziyyəti ağırlaşdı


Müğənni İlhamə Quliyevanın vəziyyəti ağırlaşıb.

AzNews.info-nun məlumatına görə, bu barədə musavat.com-a danışan müğənni bildirib ki, səhhətində yaranan ciddi fəsadlara görə tez bir zamanda xəstəxanaya yerləşəcək:

"Səhhətimdə ciddi fəsadlar yaranıb. Vəziyyətim çox pisdir, özümü heç yaxşı hiss etmirəm. Dizimə qədər çiban yaraları çıxıb. Buna görə ayaqlarım, demək olar ki, yer tutmur, yeriyə bilmirəm. Tezliklə analizlərimi verib xəstəxanada yatacam.

Görünür, o (keçmiş köməkçisi Mehriban Hüseynovanı nəzərdə tutur) mənə kifayət qədər çoxlu psixotrop dərmanlar içirdib. Fəsadların hamısı üzə çıxmağa başlayıb.

Bir müddət bundan əvvəl ürək əməliyyatı keçirdikdən sonra damarlarımda problem yaranmışdı. Ona görə bu yaxınlarda Türkiyədə ayağımdan əməliyyat olundum. Türkiyədən qayıdanda hər şey yaxşı idi. Lakin sonra vəziyyətim yenidən pisləşməyə, ayağımda fəsadlı çiban yaraları əmələ gəlməyə başladı".

Müğənni keçmiş köməkçisi Mehriban Hüseynova ilə bağlı yayılan növbəti videodan da danışıb:

"Bildiyiniz kimi, o videoda Mehriban öz ailəsinə dualar edir, mənim isə ölməyimi arzulayır. Halbuki, həmin video məlum qalmaqal baş verməmişdən əvvəl çəkilib. Təxminən avqust ayında mənim yanımda işlədiyi vaxta təsadüf edir.

Ümumiyyətlə isə o, 2015-ci ilin ilk günlərindən mənə qarşı oyunlar aparmağa başlamşdı. Həmin vaxt indiki ayağımda çıxan yaralar mənim sinəmədək gəlib çatmışdı".

Müğənni keçmiş köməkçisinin həbsi ilə də bağlı açıqlama verib:

"Hazırda Kürdəxanıda, "içəridədir". Evə buraxılması üçün müraciət etmişdi, lakin qəbul edilməyib. Proseslə bağlı vəkilimin özü açıqlama verəcək".

Xatırladaq ki, bir neçə gün bundan öncə müğənni İlhamə Quliyeva mətbuata açıqlamasında evində köməkçi işləmiş Mehriban Hüseynovanın onun adından saxta vəsiyyətnamə yazdırıb, var-dövlətini ələ keçirmək üçün zəhərli və psixotrop dərmanlarla onu öldürmək istədiyini, evindən külli miqdarda pul və digər qiymətli əşyalar oğurladığını iddia etmişdi.

Müğənni bununla bağlı əlində dəlil və sübutların, videogörüntülərin, səs yazılarının olduğunu deyərək, hətta köməkçisi ilə bağlı bir görüntünü mətbuata təqdim də etmişdi. Bir neçə gün sonra isə Mehriban Hüseynova Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən həbs edilmişdi.


Mənbə: Musavat.com
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *