“Prezidentimiz gələndə hamısını deyəcəm...” – Xalq artisti
Bu gün xalq artisti İlhamə Quliyeva işdən çıxardığı Mehriban Hüseynovanın ona qarşı hazırladığı sui-qəsdlə bağlı mətbuat konfransı keçirib.
“Qafqazinfo”nun konfransda iştirak edən əməkdaşının verdiyi məlumata görə, müğənni oğlunun ifadə verdiyini bildirib: “Oğlum da ifadə verib. Prezidentimiz gələndə hamısını məruzə edəcəm. Baş Polis İdarəsində mənə qarşı səhlənkarlıq edilib. Bu iş araşdırılacaq. Bizim sübutlarımız var. Azərbaycan yiyəsiz deyil. Ramil Usubovun köməkçisi ilə danışdım. O ölçü götürəcək. Eşitmişəm ki, Bakı şəhər Baş Polis İdarəsi işi prokurorluğa göndərib. Hələ də başa düşmürəm ki, Mehriban necə buraxılıb? Konfransdan sonra aidiyyatı orqanlara müraciət edəcəm. Mehriban ayaqlarıma düşüb yalvardı ki, bu məsələ açılmasın. Baş polis idarəsinin əməkdaşları da mənə dedilər ki, bu məsələ mediaya yayılmasın”.
Daha sonra xalq artisti qeyd edib ki, köməkçisi onu öldürmək istəyib:
“Ayaqlarımın altını öpürdü. Qulluq göstərirdi, əlimə çanta almağa qoymurdu. Eyni zamanda dərmanlar verib halsız olurdum. Oğlum Orxanla aramızı vururdu”.
Mənbə:> Qafqazinfo.az