Ən quraqlıq səhra çiçəklədi – FOTO
Şimali Amerika üçün fırtına, daşqın və sürüşmələr təhlükə yaradan El Nino fenomeni Çili sahilində Atakama səhrasında gözlənilməz hadisəyə gətirib çıxarıb. Planetdə ən quraqlıq məkan il ərzində ikinci dəfə rəngarəng çiçəklərlə örtülüb, lenta.ru Yahoo News-a istinadən məlumat yayıb.
Oxu.Az xəbər verir ki, Atakama səhrası yer kürəsində ən quru səhra hesab edilir. Onun ərazisində yağışlar on ildə bir dəfə düşür. Səhranın düzənlik hissəsində praktiki olaraq həyat yoxdu, burada nadir hallarda şibyə, mavi-yaşıl yosunlar və kiçik kaktuslara rast gəlmək olar.
Amma güclü El Nino (hava kütləsi Sakit Okeanın Ekvador və Peru sahilləri boyunca uzanan isti su axınının hər 7 ildə iki dəfə istiqamətini dəyişməsi səbəbi ilə ortaya çıxır) 2015-ci ildə Atakamaya güclü yağışlar gətirdi.
Nəticədə yatmış soğanaqlar və köklər cücərdi. Səhra ilk dəfə intensiv yağışlar nəticəsində martda çiçəkləyib, bu yağışların nəticəsində baş verən daşqında 40 nəfər ölüb. İndi bitkilər cənub yayından öncə ikinci dəfə çiçəkləyib.
Mənbə:> Oxu.Az