Bu marşrut avtobusunun əvvəlki hərəkət istiqaməti bərpa edildi » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Avto

Bu marşrut avtobusunun əvvəlki hərəkət istiqaməti bərpa edildi

Bu marşrut avtobusunun əvvəlki hərəkət istiqaməti bərpa edildi


Bakıda hərəkət yolu qısaldılmış marşrut avtobusunun əvvəlki hərəkət istiqaməti bərpa edilib.

Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Oxu.Az-a verilən məlumatda bildirilir ki, bu addım sakinlərin çoxsaylı xahiş və müraciəti nəzərə alınaraq atılıb.

Belə ki, oktyabrın 19-da “Baku Bus” MMC-nin yeni xətlərinin istifadəyə verilməsi ilə əlaqədar, 79 saylı marşrut avtobusunun hərəkət istiqaməti Rəsulzadə qəsəbəsindən 20 yanvar m/s-na kimi qısaldılmışdı. “Bakı Sərnişin Nəqliyyatı və Yük Daşımalarının Təşkili” MMC sakinlərin çoxsaylı müraciət və xahişini nəzərə alaraq, “Baku Bus” avtobuslarının həmin istiqamətdə hərəkəti saxlanılmaqla, 79 saylı marşrut avtobusunun əvvəlki hərəkət istiqamətini bərpa edib. Belə ki, bu gündən etibarən 79 saylı marşrut avtobusu əvvəlki xətti üzrə M.Rəsulzadə qəs. – Azadlıq pr. – M.Davudoğlu küç. – 6 Mkr – “Nəsimi” m.st. – S.Məmmədova küç. – İ.Cümşüdov küç. – Cavadxan küç. – “Memar Əcəmi” m/st. – 3 mkr. dairəsi – S.Pişəvəri küç. – Tbilisi pr. – “20 yanvar” m.st. – Tbilisi pr. – C.Cabbarlı küç. – “Nizami” m/st. – Ş.Qurbanov küç. – Füzuli meydanı – Ş.Bədəlbəyli küç. – S.Rüstəm küç. – Füzuli küç. ilə fəaliyyət göstərir.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *