Azərbaycanda körpə tək qolla doğuldu
Azərbaycanda qeyri-adi doğum hadisəsi baş verib.
AzNews.info ANS PRESS-ə istinadən xəbər verir ki, körpəsini dünyaya gətirmək üçün Abşeron rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən Günel Əliyevanın uşağı tək qollu doğulub.
Körpənin nənəsi Rahilə Alıyeva doğulan uşağın bir qolunun dirsəkdən aşağı olmadığını deyib.
Bu, gənc – Araz və Günel Əliyev ailəsinin ikinci övladıdır. İlk uşaqda isə buna bənzər halla rastlaşmayıblar. Qaranlıq qalan bir məqam həm də iki qohum ailənin digər üzvlərində, eləcə də yaşlı nəsillərində də indiyəcən bu cür xəstəliyə rast gəlinməməsidir.
Qolunun birinin anadangəlmə olmamasına baxmayaraq, həkimlər körpənin ümumi vəziyyətini qənaətbəxş hesab edir. Elə ana da normaldır. Sadəcə baş verənlərin ağrısını yaşayır.
Bu cür xəstəliyin necə rast gəlinməsi isə nadir hal kimi qiymətləndirilir. Həkimlərin fikrincə, yeni doğulan uşaqlarda bu cür fiziki qüsurlar bir neçə amillərdən yarana bilər ki, onların da bəzisi irsi xəstlik və ya ananın antibiotik qəbul etməsi ilə bağlı ola bilər.
Mənbə:> ANSPRESS