Bakının mərkəzində iki ailə arasında - DAVA
Tərəflər bir-birlərini döyüblər.
Bakının mərkəzində iki ailənin üzvləri dava salıblar.
AzNews.info musavat.com-a istinadən xəbər verir ki, hadisə Nərimanov rayonu ərazisində, Təbriz küçəsində baş verib.
Günorta saatlarında Bakı sakini 71 yaşlı Sevindik Orucov və oğlu 47 yaşlı Coşqun ilə 35 yaşlı Anar İbrahimov və bacısı 24 yaşlı Rabiyə dava edib.
Tərəflər bir-birlərini döyüblər.
Ailələr arasındakı dava ətrafdakılar və polisin müdaxiləsi ilə dayandırılıb.
Mənbə:> ANSPRESS