Azərbaycanda "İki tüstü" adlı 18+ film çəkildi – TREYLER
Noyabrın 11-i rejissor Əli-Səttar Quliyevin çəkdiyi "İki tüstü" filminin təqdimatı olacaq.
ATV.az xəbər verir ki, kriminal komediya janrında olan bu filmin ssenari müəllifi Səməndər Rzayev, operatoru Bakur Çikobava, bəstəkarı isə Nadir Nəğdpuldur.
Rollarda Nəriman Abdul-Əliyev, Diana Babayeva, Səməndər Rzayev, Tamilla Alverdiyeva, Həcər Ələkpərova, Vüsal Haci-Qədir, Elsevər Mehdizadə ,Sumiyə Fərraz, Kənan Tahirov, Arif Quliyev, İradə Vəliyeva, Nigar Əliyeva, Rəna Ağamuradova, Bahəddin Tağizadə, Hüseyn Rəhimov, Orxan Salahov, Şəhriyar Nağiyev iştirak ediblər.
"Restoranda, ayaq yolunda, sevinə-sevinə iki tüstü Tima, iki tüstü Farik çəkəndə, heç ağıllarına belə gəlməzdi ki, iki tüstüyə görə məhəbbət, xəyanət, əsl sevgi, kriminal anlar, xoşagəlməz hadisələrlə bol, macəra dolu olan bir gecə, heç birinin yaddaşından pozulmayacaq. Bu kino, başqa kinodur".
Filmi şəhərin bütün kinoteatrlarında 12 noyabrdan etibarən izləyə biləcəksiniz.
Mənbə:> ATV.az