Bakıda oğlanla qaçan qız zorlandığı barədə şikayət etdi » AzNews.info -Xəbər portalı

Bakıda oğlanla qaçan qız zorlandığı barədə şikayət etdi

Bakıda oğlanla qaçan qız zorlandığı barədə şikayət etdi


Bakının Xəzər rayonunda 16 yaşlı qız zorlanıb, bu barədə Teleqraf.com xəbər verir.

AzNews.info-nun məlumatına əsasən, hadisə rayonun Binə qəsəbəsində qeydə alınıb.

Verilən məlumata görə, Bakı şəhər sakini, 1999-cu il təvəllüdlü S. R. bu ilin iyul ayında evlənmək məqsədilə Mahir adlı şəxsə qoşularaq qaçıb.

Mahir adlı şəxs qızı kirayə tutduğu evə aparıb və orada onunla cinsi əlaqədə olub. Bir neçə ay bir yerdə yaşayandan sonra qız hamilə qalıb.

S.R-nın hamilə qaldığını görən Mahir ondan abort etdirməsini istəyib. Qızın hamiləliyi oktyabrın 13-də pozulub.

Bundan sonra S. R. zorlanması ilə bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verib. Faktla bağlı Xəzər Rayon Polis İdarəsinin 2-ci polis bölməsində təhqiqat araşdırması aparılıb.

İş üzrə toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Xəzər Rayon Prokurorluğuna göndərilib.

Mənbə: Teleqraf.com
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *