Paşa İlisuyskinin namizədliyi ləğv edildi - Qaxda nə baş verir?
AZXEBER.COM xəbər verir ki, seçki öncəsi ən gərgin vəziyyət 112 saylı Qax seçki dairəsində yaşanır.
Belə ki, təbliğat-təşviqat kampaniyası başlayan ilk gündən etibarən namizədlər arasında gedən mübarizə pik həddə çatıb.
Ən son məlumata görə isə həmin dairədən namizədliyini irəli sürən Paşa İlisuyskinin namizədliyi DSK tərəfindən ləğv edilib.
O özü bu haqda yazıb: "112 Qax DSK tərəfindən namizədlərin siyahısından mənim adım çıxarılıb. Bu birbaşa mənə qarşı təxribatdır!!! Əziz Qaxlılar, bu təxribata uymayın, mən sona qədər bu seçkilərdə iştirak edəcəyəm. Mənim əleyhimə və mənə qarşı çirkin işlər aparanlar, təhdid və təziq edənlər, artıq belə qanunsuz hərəkətə əl atıblar. Mənim adımın namizədlərin siyahısından cıxarılması əsassızdır".
Onu da qeyd edək ki, namizədin adı MSK-nın rəsmi internet səhifəsindən də çıxarılıb. Buna səbəb kimi isə Paşa İlisuyskinin təbliğat-təşviqat kampaniyasına nəzədə tutulmuş zamandan tez başlaması göstərilir. O özü isə bunu inkar və bildirir ki, bu addım onun rəqiblərinin diqtəsi ilə atılıb
Qeyd edək ki, həmin dairədən deputat 15 ildir ki, Azər Kərimlidir.
Mənbə:> AZXEBER.COM