YAP seçkilərə bu şüarla gedir
Hakim Yeni Azərbaycan Partiyası parlament seçkilərinə “Yeni Hədəflərə Doğru” şüarı ilə gedəcək.
AzNews.info xəbər verir ki, bu barədə AzVision.az-a YAP-ın icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib.
Onun sözlərinə görə, bununla bağlı artıq partiyanın proqramı hazırlanıb:
“Artıq Yeni Azərbaycan Partiyasının seçki proqramı bukletlər şəklində çap olunub və təbliğat-təşviqat kampaniyası müddətində seçicilərə çatdırılacaq”.
S.Novruzov həmçinin bildirib ki, YAP deputatlığa namizədlərin vahid plakatlarını hazırlayıb:
“Yeni Azərbaycan Partiyasının deputatlığa namizədləri üçün vahid plakatlar hazırlanıb. Namizədlər üçün hazırlanan plakatlar sadəcə üzərlərinə vurulan dairələrin nömrələri ilə fərqlənir. Biz təbliğat-təşviqat kampaniyası dövründə qanunvericiliyin verdiyi bütün üsul və vasitələrindən istifadə edəcəyik”.
Mənbə:> AzVision.az