Maaşını ala bilməyən fəhlə intihar etmək istədi
Bakıda bu dəqiqələrdə şəxsiyyəti hələki məlum olmayan kişi özünü öldürmək istəyir.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, bu dəqiqələrdə H.Cavid prospektində yerləşən tikintisi davam etdirilən binada bir nəfər özünü atmaq istəyir. Hadisə şahidlərinin verdiyi məlumata görə, intihar etmək istəyən şəxs həmin binada işləyən fəhlədir. O, 200 manat əmək haqqını ala bilmədiyi üçün özünü öldürmək istəyir.
Mənbə:> Qafqazinfo.az