Amerikada xəstəxanın xarabalığında gələcək nəslə müraciət tapılıb
ABŞ-ın İndianapolis şəhərində tədqiqatçılar dağıdılmış Psixatriya Xəstəxanasının xarabalıqlarında gələcək nəslə ünvanlanmış videomüraciət tapıblar.
Oxu.Az-ın Gizmodo nəşrinə istinadən məlumatına görə, video 1958-vi ildə müəssənin əməkdaşları tərəfindən çəkilib.
Öz müraciətlərində xəstəxananın iki rəhbər psixiatrı elektroşok terapiyanın tətbiqini müzakirə edirlər. Narkoz altında olan adamın beyninə nəzarət altında elektrik impulsları buraxıb tutmalarını müşahidə edirlər. Qeyd edək ki, bu üsul yalnız ən çıxılmaz anlarda tətbiq edilir.
“Bu müalicə üsulunun nə qədər düzgün olduğu gələcəkdə bu kapsul açılandan sonra bilinəcək”, - psixiatrlardan biri qeyd edib.
Məlumat üçün bildirək ki, ABŞ-da 1950-ci illərdə aktiv şəkildə insulin şok terapiyası təcrübədən keçirilirdi - xəstələrin süni komaya salınması üçün hər gün insulin inyeksiyasından istifadə edilirdi.
1960-cı illərin sonunda təhlükəli və aşağı səmərəli olduğu üçün ABŞ-da bu üsuldan imtina etmək qərarına gəliblər.
Həkimlərin müraciəti isə xəstəxananın yeni korpusunun açılışı zamanı yazılıb.
Qeyd edək ki, xəstəxana 1992-ci ildə bağlanıb, hal-hazırda isə onun yerində biznes mərkəzi inşa etmək planlaşdırılır.
Mənbə:> Oxu.Az