Azərbaycanda gəlində siflis aşkarlandı » AzNews.info -Xəbər portalı

Azərbaycanda gəlində siflis aşkarlandı – Amma nikah kəsildi

Azərbaycanda gəlində siflis aşkarlandı


İyun ayının 1-dən Göygöl rayonu üzrə nikaha daxil olmaq istəyən 342 nəfərin, yəni 171 cütlüyün qanı yoxlanılıb.

Onlardan yalnız 4 nəfərində xəstəlik aşkar edilib.

Nikaha girəcək cütlüklərin qan nümunələri Göygöl Rayon Mərkəzi Xəstəxanasının ümumi laboratoriyasında götürülür. Qan nümunələri götürüldükdən sonra Bakı şəhərinə göndərilir. 10-15 gün ərzində isə həmin qan nümunələrinin cavabları məlum olur.

Qan nümunələri paytaxtda, əsasən, talassemiya, QİÇS və sifilisə görə yoxlanılır. Tibbi müayinənin nəticələri barədə nikaha girən cütlüklərə ayrı-ayrılıqda məlumat verilir.

Həkim-laborant Kamirə Məmmədova 3 cütlüyün təkrar analiz verdiyini bildirib:

“Tematologiya İnstitutundan zəng vurularaq 3 cütlüyün hər birində talassemiya xəstəliyinə şübhə olduğu üçün təkrar qan istənildi. Qan göndərildi, amma müsbət cavab gəlmədi. Bir cütlüyün xanımında sifilis xəstəliyi oldu. Amma onlar evli olduğu üçün nikahları kəsildi”.

İyun ayının 1-dən nikaha girmək üçün müraciət edən cütlüklər haqqına məlumatlar Göygöl Rayon Mərkəzi Xəstəxanasının ümumi laboratoriyasında protokola yazılırdı. Ancaq müraciətlərin sayı çox olduğundan sentyabrın 21-dən məlumatlar kompüterə yazılaraq internet vasitəsilə Bakı şəhərinə göndərilir.

Qeyd edək ki, tibbi müayinənin keçirilməsi və məsləhətlərin verilməsi pulsuz aparılır.

Mənbə: Kəpəz TV
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *