İlhamə Elzadan 1 milyon istəyir » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Maqazin

İlhamə Elzadan 1 milyon istəyir

İlhamə Elzadan 1 milyon istəyir


Xalq artisti İlhamə Quliyeva əməkdar artist Elza Seyidcahana qarşı açdığı təzminat davasında tələb etdiyi məbləği artırıb.

AzNews.info xəbər verir ki, bu barədə AzNews.az-a İ.Quliyevanın vəkili Tahir Əlirzayev məlumat verib. Onun sözlərinə görə, İ.Quliyeva E.Seyidcahana qarşı qaldırdığı iddia ərizəsində həmkarına 1 milyon təzminat davası açıb:

“Elza Seyidcahan çöx böyük yalnışlığa yol verib. O, dövlətin verdiyi adı təhqir edib. Elza Seyidcahan səhvinin qarşılığını bu cür ödəyə bilər”.

T.Əlirzayev vurğulayıb ki, Elza Seyidcahan deputat olsa da, olmasa da tələb olunan təzminatı ödəməlidir:

“O, ömür boyu işləyəcək və qazandığı pulu İlhamə Quliyevaya ödəyəcək. Başqa yolu yoxdur. Biz məhkəmədən bu pulun alınmasını tələb edəcəcyik”.

Qeyd edək ki, İ.Quliyeva E.Seyidcahanın parlament seçkilərində iştirak edəcəyini eşidəndə onu meymun adlandırıb. E.Seyidcahan isə “Ağıl yaşda yox, başdadır. Azərbaycan bayrağını təhqir edən, məşəli qəlyan adlandıran birini məhkəməyə vermək lazımdır. Mən Şöhrət ordenli “şərəfsiz” olmayacağam” - deyə bildirib. Bundan əsəbiləşən İ.Quliyeva isə bəstəkarı məhkəməyə verib. Bir müddət əvvəl Elzadan yarım milyon təzminat tələb edəcəyini deyən İ.Quliyeva, son anda fikrindən daşınıb və məbləği ikiqat artırıb.

Mənbə: AzNews.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *