Cinsi azlıqlar təşkilatının rəhbəri MRTŞ sədrini tənqid etdi
Milli Televiziya və Radio Şurasını (MTRŞ) sədri Nuşirəvan Məhərrəmlinin ötən gündə cinsi azlıqlar barədə ANS televiziyasının yüksək məbləğdə cərimələsi məsələsinə münasibət bildirərkən səbəblərdən birini televiziyanın “cinsi azlıqları adi hal kimi təqdim etməsi”ni qeyd etmişdir.
Məsələyə münasibət bildirən Peace for LGBTQ Azerbaijan təşkilatının sədri Gülarə Əzimzadə AzNews.info-ya bu halın onları çox narahat etdiyini vurğulayıb.
"Üzərində belə məsuliyyət daşıyan bir qurumun və onun rəhbərinin belə səriştəsiz fikirlər səsləndirməsi bir təşkilat olaraq bizi narahat edir. İnsan haqqları tapdanan cəmiyyət inkişaf edə, gələcək qura və öz kimliyini qoruyub saxlaya bilməz. Azərbaycan Respublikası 25 yanvar 2001-ci ildən Avropa Şurasına tamhüquqlu üzv olub. Azərbaycanın AŞ qarşısında götürdüyü öhdəliklər beş qrupa bölünür və bunlardan biri insan haqları ilə bağlıdır.
Bilirik ki, bu gün informasiya vasitələri ən güclü silah, informasiya müharibəsi isə ən vacib müstəvidir. Belə olan halda bu məsuliyyətli platformalar ancaq səriştəsi olan kəslərin əlində olmağı çox vacibdir. Nuşirəvan Məhərrəmlinin söylədikləri Azərbaycan qanunvericiliyinə və beynəlxalq hüquq normalarına təmamilə ziddir. Bu kimi bildirişləri və bürokratik əngəlləri Azərbaycan dövlətinə qarşı təxribat və illərlə zərrə-zərrə əldə edilən beynəlxalq imicinə zərbə hesab edirik.
Peace for LGBTQ Azerbaijan olaraq Nuşirəvan Məhərrəmlinin cinsi azlıqlar barədə provokativ, diskriminativ intervyularını dayandırmağı, televiziya və radio verilişlərinin insan haqqlarının işıqlandırmasına maneə törətməsini şiddətlə qınayır və son qoymağı tələb edirik." deyə təşkilat rəhbəri Gülarə Əzimzadə qeyd etdi.
Mənbə:> AzNews.info