Mətanət Əsədova NİDAçını axtarışa verdi » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Maqazin

Mətanət Əsədova NİDAçını axtarışa verdi

Mətanət Əsədova NİDAçını axtarışa verdi


Dünən keşmiş “Nida”çı Elsevər Mürsəllinin evinə polis gələrək onun axtarışda olduğunu deyib.

Belə ki, NİDA-çı Nəsimi Rayon Məhkəməsinə çağırılıb. Onun məhkəməyə çağırılmasına səbəb müğənni Mətanət Əsədova ilə aralarında olan konfliktdir.

Bununla bağlı AzNews.info-ya açıqlama verən E.Mürsəlli deyib ki, bir neçə aydır ki, artıq müğənni Mətanət Əsədovayla məhkəmə prosesim gedir: “Mənə bildirirlər ki, guya məhkəmədən yayınmışam və gizlənirəm. Mən hazırda qeydiyyatım olan evdəyəm, burada necə gizlənə bilərəm ki? Məhkəmədən yayınmaq fikirim yoxdur."

Xatırladaq ki, müğənni Mətanət Əsədova internetdə onu təhqir edən keçmiş “Nida”çı Elsevər Mürsəllini məhkəməyə verib. Müğənninin vəkili Ceyhun Yusifovun iddiasına görə, Elsevər Mürsəlli Mətanət Əsədovanın ünvanına təhqiredici ifadələr işlədib. Ceyhun Yusifov Elsevər Mürsəlli barəsində Nəsimi rayon Məhkəməsinə müraciət edərək onun həbs edilməsini istədiklərini deyib. Vəkil keçmiş “Nida”çı barəsində Cinayət Məcəlləsinin 148( təhqir) maddəsi ilə cinayət işi başlanmasını istəyib.

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *