Bakı polisi Facebook-dan uzaqdır
Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) “Facebook” sosial şəbəkəsində yol polisinin adına açılmış səhifə ilə bağlı açıqlama yayıb.
Qurumun mətbuat xidmətindən Oxu.Az-a verilən açıqlamada qeyd olunur ki, həmin səhifənin polisə aidiyyəti yoxdur:
“Bakı Şəhər Baş Polis İdarəsi rəsmən elan edir ki, “Facebook” sosial şəbəkəsində Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin adına açılan səhifənin idarəyə heç bir aidiyyəti yoxdur”.
Mənbə:> Oxu.Az