Marixuana kurortu açılır – FOTO
Cənubi Dakota ştatının yerli santi-siu tayfası ABŞ-da ilk marixuana kurortunu açmaq niyyətində olduğunu bildirib.
ANS PRESS-in məlumatına görə, 400 nəfərin yaşadığı tayfanın rezervasiyasında artıq kazino, otel və ranço fəaliyyət göstərir.
Güman edilir ki, açılacaq kurort yeni gəlir mənbəyinə çevriləcək. Cənubi Dakotada marixuana çəkmək yasaqdır, lakin yerli qəbilələrin məskunlaşdığı ərazilərə geniş müxtariyyət verilib və xüsusi hüquqlara malik rezervasiyalarda həyat tayfaların tarixi ənənələrinə uyğun qurulur.
İyun ayında santi-siu tayfasına marixuana yetişdirib satmaq haqqı verilib.
Kurortda artıq marixuana yetişdirməyə başlayıblar.
Məlumata əsasən hər bir adam gündə yalnız bir qram marixuana ala bilər və onu xüsusi ayrılmış yerdə çəkməlidir. Bir qramlıq marixuana paketinin 12-15 dollara satılacağı deyilir. Kurort dekabrın 31-də açılmalıdır. Onun hər gün 2 milyon dollar gəlir gətirəcəyinə ümid edilir.
Açılacaq kurort bu binada yerləşəcək.
Cənubi Dakota ştatı xəritədə.
Mənbə:> ANSPRESS