Polis maşını saxladı, içindəkilər düşüb qaçdı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Kriminal

Polis maşını saxladı, içindəkilər düşüb qaçdı

Polis maşını saxladı, içindəkilər düşüb qaçdı


Yol patrulunun saxladığı avtomobilin sərnişinlərinin qoyub qaçdığı avtomobildən marixuana tapılıb.

ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, aprelin 5-də Bakı şəhər sakini Elşad Novruzov idarə etdiyi "Nissan" markalı avtomobillə yol hərəkəti qaydalarını pozduğu üçün Baş Dövlət Yol Polis İdarəsi Yol Patrul Xidməti Alayının İsmayıllı rayonu ərazisindəki daimi postunda saxlanılıb.
Bu zaman 2 sərnişin avtomobildən düşərək qaçıb.

Avtomobilə baxış zamanı oradan 241,49 qram marixuana götürülüb.

E.Novruzov müayinədən keçirilib və onun narkotik vasitənin təsiri altında olması müəyyən edilərək İsmayıllı rayon polis şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *