Qadınlarda saç tökülməsinin qarşısını alan vasitə
Kişilərlə yanaşı, qadınlar da saç tökülməsi problemini yaşayır.
İndiyədək saç tökülməsinin qarşısının alınması üçün ən yaxşı vasitə kimi sarımsaq göstərilirdisə, artıq ondan da güclü təsirə malik yeni vasitə aşkarlanıb. Belə ki, həkim-kosmetoloqların fikrincə, qəhvəyi rəng qoz qabığı saçı sarımsaqdan daha çox möhkəmləndirir.
Qoz qabığından olan saç maskasının hazırlanma üsulu:
20 ədəd qoz qabığını 1 litr suda 10-15 dəqiqə qaynadın. Həmin su ilə gündə iki dəfə - səhər və axşam saçlarınızı yuyun. Davamlı olaraq bunu etsəniz, saçınızın tökülməsi dayanacaq.
Prosedur 3 həftə ərzində tətbiq olunmalıdır.
Mənbə:> Axşam.az