Azərbaycanda istifadəçilər internetə daha çox hansı vasitə ilə qoşulur? » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Azərbaycanda istifadəçilər internetə daha çox hansı vasitə ilə qoşulur? – RƏSMİ

Azərbaycanda istifadəçilər internetə daha çox hansı vasitə ilə qoşulur?

Rəqəmlər açıqlandı.

Dövlət Statistika Komitəsi tərəfindən cari ildə cəmiyyətdə İKT-dən istifadə səviyyəsinin qiymətləndirilməsi üzrə sorğu keçirilib.

Oxu.Az xəbər verir ki, sorğunun nəticələrinə görə, ölkədə hər 100 nəfərə düşən internet istifadəçilərinin sayı 75-ə, genişzolaqlı internet istifadəçilərinin sayı 65-ə, kompüter istifadəçilərinin sayı isə 67.8-ə bərabərdir.

Həmçinin, sorğunun nəticəsinə görə, ev təsərüfatlarının 58.3%-də kompüteri var və ev təsürrüfatlarının 75.2%-nin internetə çıxışı var. Evdə əhali internetə 70.6% genişzolaqlı xətlə, 25.4% mobil telefonla, yalnız 3.7% modem (dial-up) vasitəsi ilə qoşulur.

Son 5 ildə genişzolaqlı xətlə qoşulma 18 dəfə artıb, dil-up qoşulma isə 13 dəfə azalıb. İnternet və genişzolaqlı internet istifadəçiləri göstəricilərinə görə Azərbaycan dünya orta göstəricisini təqribən 2 dəfə qabaqlayır.

Məlumat üçün bildirək ki, ölkədə əhalinin internet xidmətlərinə tələbatının artmasının və yaradılmış texniki imkanlığının nəticəsidir ki, beynəlxalq internet kanallarının ümumi tutumu ötən ilin müvafiq dövrü ilə müqayisədə 80 Gb/s artırılaraq 330 Gbit/s-ə çatdırılıb.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *