Yasamalda civə təhlükəsi
Bakı mənzillərinin birində sakinləri civə təhlükəsi ilə üzləşiblər.
Oxu.Az Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Yasamal rayonunda mənzildə termometr sınıb, nəticədə daxilindəki civə ətrafa dağılıb.
Maye halında olan kimyəvi element nazirliyin Mülki-Müdafiə Qoşunlarının mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılıb və çirklənmiş ərazi demerkurizasiya edilib.
Əməliyyat saat 23:10-da başa çatıb.
Mənbə:> Oxu.Az