“Polislər komandamızı rahat şəkildə dəstəkləməyə imkan vermirlər” » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Futbol

“Polislər komandamızı rahat şəkildə dəstəkləməyə imkan vermirlər” – MÜSAHİBƏ

“Polislər komandamızı rahat şəkildə dəstəkləməyə imkan vermirlər”


AzNews.info "Sector 11" azarkeş qrupunun tribuna lideri Atanur Cəfərlinin Azxeber.com-a müsahibəsini olduğu kimi təqdim edir:


- Atanur, faktdır ki, "Sector11" Azərbaycan futboluna fanatlıq ənənəsi gətirən fanklublardandır. Ümumiyyətlə, fan-klubunuz fəaliyyətini necə qiymətləndirirsən?

-Bəli, "Sector 11" azad azarkeş qrupu 2010-cu ildən Azərbaycan tribunasına yeni azarkeş mədəniyyəti gətirib. 5 illik fəaliyyətimiz ərzində bir çox azarkeş rekordlarına imza atmışıq. İlk azarkeş forması, şarfı, ilk xaroeqrafiya, ən böyük pankart və s bizim azarkeş qrupumuza aiddir. Əgər gördüyümüz bu işlərlə komandalarımıza dəstək ola bilmişiksə demək ki, işimizin öhtəsindən gəlmişik.

- Bu il iki klubumuz Avroliqanın play-off mərhələsinə vəsiqə qazanıb. Bu uğurda səncə azarkeşlərin rolu nə qədərdir?

- Əlbəttə ki, komandanın uğurunda və ya uğursuzluğunda azarkeşin rolu böyükdür. Əbəs yerə azarkeşi 12-ci oyunçu adlandırmırlar. Avrokuboklar zamanı stadionlarımız tam olaraq tamaşaçılar tərəfindən doldurulur amma istərdim ki, həmin azarkeşlər daxili çempionatımız zamanı da komandalarına stadionda dəstək olsunlar.

- "Sector11" olaraq çox vaxt təzyiqlərə məruz qalırsız, bu nə ilə bağlıdır?

- Təziqlər daha çox polis tərəfindən olur. Polislər komandamızı rahat şəkildə dəstəkləməyə imkan vermirlər. Avropada ümumiyyətlə tribunada polis olmur onlar stadionun ətrafında asayişi təmin edirlər. Təəssüf ki, bizdə belə deyil. Polis bir çox hallarda azarkeş qruplarına yersiz müdaxilələr edir belə olan halda azarkeşlərin də stadiona gəlməsinə mane olurlar və nəticədə komandalarımız dəstəksiz qalır.

- "Qəbələ" bu il başıbəlalı klub oldu. İstər Avropada, istərsə də çempionatda. Sən də Dinamo Tbilisiylə oyunda xəsarət almışdın. Səncə bu il niyə bu qədər problem yaşadı "Qəbələ"?

- Bəli, Qəbələ həqiqətən də çox ağır Avroliqa yolu keçir komanda demək olar ki, hər oyun təzyiqlə üzləşirdi əsas səbəb kimi də rəqiblərin bizə düşmən gözü ilə baxması oldu. Həm Gürcüstanda, həmdə Kiprdə bayrağlarımız rəqib azarkeşlər tərəfindən təhqir olundu əlbəttə ki bizdə bir azarkeş olaraq olanları cavabsız qoymadıq. Həm də bu "Qəbələ"yə bir stimul oldu onlar hər oyuna bayraq üçün meydana çıxıb mübarizə aparırdılar.

- "Sector11" olaraq klublar arasında fərq qoyursunuzmu?

- Biz öz klublarımız arasında fərq qoymuruq. Çünki hər biri bizə doğma klubdu və Azərbaycanı təmsil edir. Avrokuboklarda da hər bir komandamıza eyni dəstəyi verməyə çalışırıq onların qazandıqları nəticələrdə azda olsa bizim əməyimiz varsa buna şad olarıq. Bununla bərabər milli komandamızıda dəstəksiz qoymuruq.

- Səncə "Qarabağ" və "Qəbələ" qruplara çıxa biləcəkmi?

- Təbii ki istərdim ki, hər iki klubumuz qrup mərhələsində oynasın və bunun üçün hər iki klubumuzun yaxşı şansları var. "Qarabağ"ın şansları daha çoxdu, "Qəbələyə" də ümid edirik. Hər iki komandamızı qrup mərhələsində görmək istəyirəm.

- Sizin fan-kluba necə üzv olmaq olar?

- "Sector 11" azad azarkeş qrupuna üzv olmaq üçün sosial şəbəkələrdə səhifəmizi bəyənərək əlavə məlumat ala bilərsiz.

Mənbə: Azxeber.com
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *