Bakıda 16 mərtəbəli binada lift şaxtaya düşdü: Yaralananlar var » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə, Kriminal, Foto

Bakıda 16 mərtəbəli binada lift şaxtaya düşdü: Yaralananlar var – FOTO

Bakıda 16 mərtəbəli binada lift şaxtaya düşdü: Yaralananlar var


Bakının Yasamal rayonu ərazisində, Dadaş Bünyadzadə küçəsində yerləşən 16 mərtəbəli binada bədbəxt hadisə baş verib.

AzNews.info APA-ya istinadən xəbər verir ki, içərisində 6 nəfərin olduğu lift şaxtaya düşüb.

İlkin məlumata görə, binanın ikinci mərtəbəsində liftə 6 nəfər minib. Bu vaxt liftdə nasazlıq yaranıb və o, şaxtaya düşüb. Hadisə nəticəsində 4 nəfər xəsarət alıb. Onlarda iki qadının xəsarətləri yüngül olsa da, digər iki yaralı xəstəxanaya aparılıb. Hadisə yerinə iki təcili tibbi yardım briqadası cəlb edilib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb. Yasamal Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerində müayinələr aparılıblar.

Qeyd edək ki, sakinlər yük daşınması üçün nəzərdə tutulan liftdən istifadə ediblər.

Bakıda 16 mərtəbəli binada lift şaxtaya düşdü: Yaralananlar var
Bakıda 16 mərtəbəli binada lift şaxtaya düşdü: Yaralananlar var
Bakıda 16 mərtəbəli binada lift şaxtaya düşdü: Yaralananlar var
Bakıda 16 mərtəbəli binada lift şaxtaya düşdü: Yaralananlar var

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *