Yoxa çıxan gəlin: 3 uşağımdan imtina edirəm...
İyulun 31-də Ucar rayonunun Qaracallı kəndində evdən qaçan 24 yaşlı Şəlalə Adəm qızı Rüstəmova tapılıb.
AzNews.info xəbər verir ki, Ucar rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, 3 uşaq anası Şəlaləni Ucar rayon Polis İdarəsinin əməkdaşları paytaxtın Nərimanov rayonu ərazisindəki parkların birindən tapıblar.
Polis işçilərinin köməyi ilə rayona gətirilən qadın ailəsinə təhvil verilsə də əri, qaynatası və qaynanası Şəlaləni qəbul etməyiblər.
O, atasının evinə qayıdıb.
Polis əməkdaşları tərəfindən dindirilən qadın evdən getməsininn səbəbini açıqlayaraq bildirib ki, ərinin ailəsi ilə yola gedə bilmir.
“Mən üç uşağımdan da imtina edirəm, rayonda yaşaya bilmirəm, Bakıda yaşamaq istəyirəm” - deyə Ş.Rüstəmova bildirib.
O həmçinin 20 gün ərzində Bakıda süpürgəçi bir qadının evində qaldığını bildirib.
Şəlalə Rüstəmova iyulun 31 gecə saatlarında özünə məxsus qızılları və qaynatasına məxsus mobil telefonu, həyətdə olan avtomobilin açarını götürərək evdən qaçıb. Onun üç azyaşlı övladı var. Rusiyada yaşayan əri Arif Rüstəmov də hadisəni eşidib və evə qayıdıb.
Mənbə:> ANSPRESS