Azərbaycanlılar uşaqlarına Vor, Xiyarə, Cinayətkar adı qoya bilməyəcəklər » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Maraqlı, Gənclik

Azərbaycanlılar uşaqlarına Vor, Xiyarə, Cinayətkar adı qoya bilməyəcəklər

Azərbaycanlılar uşaqlarına Vor, Xiyarə, Cinayətkar adı qoya bilməyəcəklər


Nazirlər Kabineti yanında Terminologiya Komissiyası Azərbaycanda uşaqlara qoyulan adların siyahısını hazırlayıb.

AzNews.info xəbər verir ki, bu barədə “Report”a komissiyanın sədr müavini Sayalı Sadıqova məlumat verib.

O bildirib ki, adlar siyahısına AMEA-nın Dil Komissiyası baxandan sonra ictimaiyyətə açıqlanacaq:

“Mövcud siyahı Ədliyyə Nazirliyindən alınıb. Belə ki, hər gün yeni adlar qoyulur və bu yeni adlar Ədliyyə Nazirliyində qeydiyyatdan keçir. Sentyabr ayında siyahı AMEA-nın Dil Komissiyasına baxış üçün veriləcək. Komissiyanın təsdiqindən sonra siyahı Ədliyyə Nazirliyinə qaytarılacaq”.

Ədliyyə Nazirliyindən Terminologiya Komissiyasına təqdim olunan siyahıya yenidən baxış keçirilib və anlaşılmaz olan, eyni zamanda gülüş doğuran adlar siyahıdan çıxarılıb:

“Araşdırmalardan sonra Kəsdim, Vor, Cinayətkar, Şüşəbənd, Stəkan, Xiyarə, Portağal, Limonə, Ansambl və başqa adlar siyahıdan çıxarıldı. Xiyarə adı qərb bölgəsində 4-5 qıza qoyulub. Kövsarə adı nisbətən anlaşıldığı üçün onu siyahıdan çıxarmadıq”.

Övladına ad qoymağın hər bir vətəndaşın hüququ olduğunu deyən S.Sadıqova hesab edir ki, valideynlər övladlarına ad qoyanda çox diqqətli olmalı və bu işə vicdanla yanaşmalıdırlar.

Mənbə: Report.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *