Prezident fəxri adlar verdi
Prezident İlham Əliyev Ədliyyə Nazirliyinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.
ANS PRESS-in məlumatına görə, sərəncamda qeyd olunur ki, Azərbaycan Ədliyyə Nazirliyinin aşağıdakı əməkdaşlarına III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilsin:
Əliyev Adil Şirməmməd oğlu - Qanunvericilik baş idarəsinin rəisi
Qasımov Elçin Lütvəli oğlu - Təşkilat-nəzarət baş idarəsinin rəisi
Dövlət başçısının digər sərəncamı ilə ədliyyə orqanlarında səmərəli fəaliyyətlərinə görə Ədliyyə Nazirliyinin aşağıdakı əməkdaşlarına Azərbaycan Respublikasının fəxri adları verilib:
“Əməkdar hüquqşünas”
Musayev Toğrul Sirac oğlu
“Əməkdar həkim”
Hüseynov Füzuli Fazil oğlu
Mənbə:> ANSPRESS