Peruda baş nazirin helikopteri tələbə qızın başını bədənindən ayırdı – FOTO
Peruda baş nazir Pedro Katerianonun helikopterinə qaçaraq yaxınlaşmağa çalışan 20 yaşlı tələbə həlak olub.
Oxu.Az xarici KİV-ə istinadla xəbər verir ki, 20 yaşlı Lina Sapata Feyxo Katerianoya qardaşının haqsız yerə türməyə yerləşdirilməsi ilə bağlı məktub vermək istəyib.
Bu zaman helikopterin hərəkətdə olan pəri qızın başını bədənindən ayırıb. İnsidentdən sonra Kateriano işgüzar səfərini təxirə salıb.
Hakimiyyət insidenti araşdırmağa və baş vermiş hadisəyə görə məsuliyyət daşıyan baş nazirin mühafizəsinin əməkdaşlarını cəzalandırmağa söz verib.
Mənbə:> Oxu.Az