Məktəbli formalarında dəyişiklik olacaq? – VİDEO
Yeni tədris ilinə vaxt azalır, məktəbli geyimləri alışı artır. Bəs keyfiyyət necə dəyişirmi? Xarici ölkələrdə dövlət atributları geyimləri bəzədiyi halda, bizi bu yenilik gözləyir?
Yeni dərs ilinin başlamasına artıq az müddət qalıb. Valideynlərin isə ən böyük qayğılarından biri övladları üçün keyfiyyətli məktəbli forması əldə etməkdir. Təbii ki, yerli fabriklərdə də son dövrlər keyfiyyətə önəm verilir. Müxtəlif dizayna məxsus olan bu formalarda çatışmayan cəhət isə üzərində hər hansı bir dövlət atributlarının əks olunmamasıdır.
Sosioloq Əhməd Qəşəmoğlunun sözlərinə görə, son vaxtlar məktəbli formalarını adi gündəlik geyim tərzinə oxşatmağa çalışırlar. Amma bu düzgün baxış deyil.
Sosioloq deyir ki, formalar xüsusi ciddiliyi ilə seçilməlidir və onun üzərində dövlət atributlarının əks olunması yalnız xarici estetikanı oxşamamlıdır:
“Dövlət rəmizlərini elə bir şəkildə vermək olar ki, bu şagirdlərin daha da vətənpərvər bir şəkildə formalaşmasında mühüm rol oynasın. Bu baxımdan da bu hər hansı bir dərzinin, rəssamın işi deyil. Bu işi yalnız bu sahənin mütəxəssislərinə tapşırmaq lazımdır”.
Hazırda tikiş fabrikində də yeni sezona hazırlıq sürətlə gedirdi. Simvollarla bağlı fabrikin sədri Səkinə Babayevanın sözlərinə görə, paltarların rəngi və forması sifarişçi tərəfindən verilir. O ki, qaldı ölkənin gerbinin və ya bayrağının forma üzərində əks olunmasına, bu ancaq qanunla tənzim olunduqdan sonra mümkün ola bilər:
“Hesab edirəm ki, Nazirlər Kabineti tərəfindən xüsusi olaraq buna icazə verilməlidir. Belə ki, bu simvollar formalar vurulsun. Əlbəttə ki, biz də bunu tərəfdarıyıq”.
Xarici ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, əksər Avropa ölkələrində bu amil geniş yayılıb. Xüsusən də gerbin əks olunmasına daha çox rast gəlinir.
Hər halda bu məsələ şagirdlərin təlim-tərbiyəsində xüsusi əhəmiyyətə malikdir.
Ümid edək ki, səslənən təklif tezliklə reallığa çevrilər.
Mənbə:> ANSPRESS