Azərbaycanda sel gözlənilir
Avqust ayında ölkənin bəzi yerlərində aylıq yağıntının miqdarı iqlim normasından bir qədər çox olması proqnozlaşdırılır. Buna görə də avqustun ayrı-ayrı günlərində yağacaq yağışlarla əlaqədar qısa müddətli sel istisna olunmur.
AzNews.info xəbər verir ki, bunu APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Hidrometeorologiya Departamenti Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib.
O bildirib ki, sel hadisəsi lokal leysan yağışları nəticəsində əmələ gələ bilər.
A.Verdiyev qeyd edib ki, indidən hansı çaylarda daşqın və ya selin olacağını söyləmək mümkün deyil:
“Əlbəttə ki, belə bir təhlükə olsa, bu barədə əhaliyə xəbərdarlıq olunacaq”.
Mənbə:> APA